Daxili Auditor Yetişdirmə Proqramı - DAYP

Daxili audit nədir?

Bildiyimiz kimi, Daxili Audit bir müəssisənin zəif nöqtələrinin aşkar edərək gücləndirilməsində və xərclərinin azaldılmasında gün keçdikcə danılmaz rol oynamağa başlayır. 

 

Daxili audit, daxili auditorlar tərəfindən həyata keçirilən təşkilatın fəaliyyətinin, proseslərinin, sistemlərinin müstəqil və obyektiv yoxlanılmasıdır. Onun əsas məqsədi təşkilatın rəhbərliyinə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət proseslərinin effektiv olması və nəzərdə tutulduğu kimi fəaliyyət göstərdiyinə əminlik verməkdir.

 

 


 

Təlim nələr əhatə edir? 

3 ay davam edəcək bu təlimdə real iş təcrübəsində tətbiq olunan biliklərdən söhbət ediləcək. İştirakçılarda əsas olaraq aşağıdakı suallar üzrə biliklər formalaşdırılacaqdır:

  • Daxili Audit nədir necə hayata keçirilir? 
  • Maliyyə (mühasibat) auditi
  • Vergi auditi  

 


 

Təlimdə kimlər iştirak etməlidir?

Bu təlim daxili audit prosesinin məhz praktiki tərəflərini əhatə etməklə aşağıdakı şəxslər üçün nəzərdə tutulmuşdur:

  • Karyerasını Daxili Audit sahəsini qurmaq istəyənlər 
  • Mütəxəssis mühasib kimi çalışan şəxslər 
  • Baş mühasiblər 
  • Vergi mütəxəssisləri 
  • Digər maraqlı şəxslər

  


 

Təlim nəticəsində nələr öyrənəcəksiniz?  

Daxili auditin əsasları, beynalxalq audit standartları, daxili auditinin nəzəriyyə və praktikası, həmçinin maliyyə və vergi auditini öyrənmək.

 


 

Tələblər (kursda effektiv nəticənin olması üçün şərtlər)

  • Proqramın Sıfırdan Audit hissəsində tələbələr və arzu edən hər kəsiştirak edə bilər
  • Maliyyə auditi təlimində iştirak etmək istəyən şəxslərin ilkin mühasibat uçotu biliklərinin olması arzu olunandır
  • Vergi auditi təlimində iştirak etmək istəyənlərin vergi sahəsində nəzəri biliklərə malik olması arzu olunandır.  

 


 

Niyə bu proqramı seçməlisiniz?

İATM-in 16 illik təcrübəsi əsasında formalaşdırılan DAYP vasitəsilə siz bu sahə üzrə ən təcrübəli şəxslərdən birbaşa təlim almaqla Daxili Auditin sirlərini öyrənə biləcəksiniz və özünüzü müasir dövrün tələblərinə uyğun kadr kimi hiss edəcəksiniz.   

 


 

Bu təlimi bitirənlər üçün hansı iş imkanları var?

     Şirkətlərdə daxili auditor, həmçinin maliyyə və vergi auditi istiqamətləri üzrə yüksək karyera imkanları. 

 

  • Mütəxəssis səviyyə
  • Daxili Audit Yetişdirmə Proqramı (DAYP) null
  • Kursa nələr daxildir:
  • Təlim materialları (elektron) Ödənişsiz elektron dərs materiallar ilə təminat
  • Peşəkar Təlimçi Sadə izahları ilə seçilən müəllim
  • Praktiki çalışmalar Təlimçimiz tərəfindən praktiki çalışmaların verilməsi
  • Yoxlama imtahanları Hazırlıq prosesi ərzində sınaq imtahanının təşkili.
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi
  • Müraciət edin
  • Sizə zəng edək
Təlim nəticəsində nə öyrənəcəksiniz:
  • Daxili auditlə bağlı bütün baza anlayışları

  • Daxili auditin planlaşdırılması və necə həyata keçirilməsinin praktiki yolları

  • Biznes proseslərdə olan potensial risklərin və uyğunsuzluqların müəyyən edilməsi

  • Əməliyyatla bağlı bütün əsas biznes proseslərin auditinin həyata keçirilməsi

  • Audit inventarizasiya işi

  • Audit hesabatlarının hazırlanması

  • Audit tapıntılarının monitorinqi

  • Xidməti araşdırmaların aparılması

Kurs Proqramı
20 bölmə
●
12 dərs
●
3 ay
●
36 saat
Daxili Auditin Əsasları
6 mövzu
●
2 saat
  • ● Daxili audit fəaliyyətinin mahiyyəti və məqsədi
  • ● Daxili Audit Fəaliyyətinin Səlahiyyəti
  • ● Daxili auditin hüquqi bazası və tənzimlənməsi
  • ● Qlobal Daxili Audit Standartlarının əsasları
  • ● Etika Kodeksinə giriş
  • ● Daxili Audit Funksiyasının İdarə Edilməsi
İdarəçilik
3 mövzu
●
2 saat
  • ● İdarəçilik prinsipləri
  • ● İdarəçilikdə daxili auditorların rolları
  • ● Korporativ sosial məsuliyyət
Risklərin idarə edilməsi
3 mövzu
●
2 saat
  • ● Risklərin idarə olunması prosesləri
  • ● COSO çərçivəsi
  • ● İSO-Risklərin idarəetmə çərçivəsi
Daxili nəzarət anlayışı
2 mövzu
●
2 saat
  • ● Nəzarət barədə ümumi məlumat
  • ● Nəzarət tədbirlərinin növləri
Fraud - Dələduzluq
3 mövzu
●
2 saat
  • ● Fraud nədir?
  • ● Fraudun növləri
  • ● Frauda qarşı nəzarət tədbirləri
Daxili Audit prosedurları
4 mövzu
●
2 saat
  • ● İllik audit planı
  • ● Audit prosesi
  • ● Auditin planlaşdırılması
  • ● Audit hesabatı
İlkin sənədləşmə və müxabirləşmələrin auditi
4 mövzu
●
1 saat
  • ● Qaimələr, EVHF
  • ● Təhvil-təslim aktları
  • ● Elektron Alış aktları
  • ● Müxabirləşmələr
Pul vəsaitləri və bank əməliyyatlarının auditi
4 mövzu
●
2 saat
  • ● Kassadakı nağd pul hərəkətləri
  • ● Bank hesablarındakı köçürmələr
  • ● Valyuta əməliyyatları
  • ● Müvafiq limitlərə riayət olunması
Mal-material ehtiyatları və əsas vəsaitlərin auditi
4 mövzu
●
2 saat
  • ● Uçota alınma
  • ● Mövcudluq
  • ● Amortizasiya
  • ● İnventarizasiya
Hesablaşmaların (Debitor və kreditor borclarının) auditi
4 mövzu
●
2 saat
  • ● Borcların uçotu
  • ● Vaxtında bağlanılması
  • ● Üzləşə aktlarının tərtibi
  • ● Hərəkətsiz Debitor və Kreditorlar
Əmək haqqı və kadr uçotunun auditi
4 mövzu
●
1 saat
  • ● Tabellər
  • ● Əmək haqqı
  • ● Məzuniyyət, Mükafat, Xəstəliyə görə müavinətin uçotu
  • ● Əmək haqqından tutulmaların hesablanması və uçotu
Vergi və digər icbari ödənişlərin auditi
4 mövzu
●
2 saat
  • ● Büdcəyə vergilərin düzgün hesablanması
  • ● Büdcəyə vergilərin düzgün ödənilməsi
  • ● Şəxsi hesab vərəqəsi kontrolu
  • ● Səyyar və Kameral vergi yoxlamaları
Maliyyə hesabatlarının auditi
4 mövzu
●
2 saat
  • ● Mühasibat balansı
  • ● Mənfəət və zərər hesabatı
  • ● Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • ● Kapitalda dəyişiklik haqqında hesabat
Torpaq vergisi bəyannaməsinin auditi
5 mövzu
●
1 saat
  • ● Hüquqi sənədlərin yoxlanılması
  • ● Torpağın təyinatının müəyyənləşdirilməsi
  • ● Vergi dərəcələrinin tətbiqinin dəqiqləşdirilməsi
  • ● Güzəştlərin və azadolmaların yoxlanılması
  • ● Uçot və Hesabatlılıq
Mədən vergisinin auditi
4 mövzu
●
1 saat
  • ● Hasilatın uçotu
  • ● Lisenziya və hüquqi əsaslar
  • ● Vergi dərəcələrinin tətbiqi
  • ● Bəyannamələrin düzgünlüyü
Əmlak vergisi bəyannaməsinin auditi
6 mövzu
●
2 saat
  • ● Mülkiyyət və uçot sənədlərinin yoxlanılması
  • ● Vergitutma bazasının müəyyənləşdirilməsi
  • ● Vergitutma bazasının müəyyənləşdirilməsi
  • ● Güzəştlərin və azadolmaların araşdırılması
  • ● Bəyannamə ilə mühasibat uçotunun uzlaşdırılması
  • ● Büdcə ilə hesablaşmaların analizi
Vahid bəyannamənin auditi
6 mövzu
●
2 saat
  • ● Əməkhaqqı və kadr uçotunun uzlaşdırılması
  • ● Gəlir vergisinin hesablanmasının yoxlanılması
  • ● Sosial və sığorta haqlarının auditi
  • ● Qeyri-muzdlu ödənişlərin yoxlanılması
  • ● Bəyannamə göstəricilərinin mühasibatlıqla uzlaşdırılması
  • ● Vaxtında təqdimat və ödənişlərin izlənilməsi
Ödəmə mənbəyindən tutulan vergi bəyannaməsinin auditi
5 mövzu
●
2 saat
  • ● Xərclərin və müqavilələrin təhlili
  • ● Vergi dərəcələrinin tətbiqinin yoxlanılması
  • ● İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin tətbiqi
  • ● Bəyannamə və uçot uyğunluğu
  • ● Vaxtında bəyan edilməsi və ödənişlər
Əlavə dəyər vergisinin auditi
6 mövzu
●
2 saat
  • ● ƏDV-yə cəlb olunan dövriyyənin düzgünlüyü
  • ● Elektron Qaimə-Fakturaların (E-QF) uçotu
  • ● Əvəzləşdirmə hüququ (EVHF və İdxal YGB üzrə)
  • ● ƏDV Depozit Hesabı
  • ● İxrac əməliyyatları və sıfır dərəcə
  • ● Qeyri-rezident ƏDV tutulması
Mənfəət vergisi bəyannaməsinin auditi
6 mövzu
●
2 saat
  • ● Gəlirlərin tam və düzgün uçotu
  • ● Gəlirdən çıxılan xərclərin əsaslandırılması
  • ● Gəlirdən çıxılmayan xərclərin analizi
  • ● Amortizasiya ayırmaları
  • ● Güzəşt və azadolmaların tətbiqi
  • ● Zərərlərin keçirilməsi
Tələblər
  • ● Müəssisənin bütün biznes proseslərinin auditini aparmağı öyrənmək istəmək.
Müəllimlərimiz
Dərslərimiz bu sahədə kifayət qədər bilik və təcrübəyə sahib mütəxəssislər tərəfindən tədris olunur!
  • Mütəxəssis səviyyə
  • Daxili Audit Yetişdirmə Proqramı (DAYP)
  • Kursa nələr daxildir:
  • Təlim materialları (elektron) Ödənişsiz elektron dərs materiallar ilə təminat
  • Peşəkar Təlimçi Sadə izahları ilə seçilən müəllim
  • Praktiki çalışmalar Təlimçimiz tərəfindən praktiki çalışmaların verilməsi
  • Yoxlama imtahanları Hazırlıq prosesi ərzində sınaq imtahanının təşkili.
  • Sertifikasiya İmtahan nəticəsinə əsasən sertifikatın verilməsi

Əlaqəli Kurslar

Mütəxəssis səviyyə
Qeyri-Maliyyəçilər üçün Maliyyə
Ümumi Təlimlər

Qeyri-Maliyyəçilər üçün Maliyyə

Maliyyə haqqında ən zəruri nəzəri və praktiki bilikləri, bir maliyyəçinin vəzifələrini bu təlimdə öyrən!

Maliyyə Maliyyə hesabatı Maliyyə bərabərliyi Xərclər Qiymətli kağızlar Kapitalın paylanması
0 məzun
8 mövzu
16 saat
Mütəxəssis səviyyə
MS Excel Təlimi
Ümumi Təlimlər

MS Excel Təlimi

Cədvəllərin asanlıqla qurulması, analizi və vizualizasiyasını əhatə edən sıfırdan Professional səviyyəyə qədər Exceli bu təlimdə öyrən!

Excel Avtomatlaşdırma Cədvəl Formula Dashboard Data warehouse Analiz
20 məzun
12 mövzu
24 saat
Peşəkar səviyyə
Dövlət Satınalmaları Kursu
Ümumi Təlimlər

Dövlət Satınalmaları Kursu

Dövlət Satınalması ilə bağlı əsas prinsipləri və anlayışları, satınalmanın üsullarını bu təlimdə öyrənəcək və satınalma mütəxəssisi kimi yetişəcəksən!

satınalma dövlət satınalması
1 məzun
7 mövzu
16 saat
Əlavə sualınız var?
Gəlin danışaq!

Dərslər, müəllimlər və tədris prosesimiz haqqında dəqiq məlumatı birbaşa proqram məsləhətçimizdən əldə edin.

050
Praktiki Mühasibatlıq
Peşəkar Mühasib Sertifikatı
Qanunvericilik və Proqramlar
Maliyyə Təlimləri
Ümumi Təlimlər
Mühasib Yetişdirmə Proqramları